14 C
Baku
Cümə axşamı, May 26, 2022

“Günay Sığorta”nın İdarə Heyətindən ayrılıb – Rəhbərlik tam formalaşa bilmir

“Günay Sığorta” ASC-nin İdarə Heyətinin daha bir üzvü vəzifəsini öz istəyi ilə tərk edib.

Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.

Sığorta şirkətindən verilən məlumata görə Səidə Fətullazadə Ağaddin qızı səhəti ilə əlaqədar olaraq, İdarə Heyətindəki üzvlüyü öz istəyi ilə tərk edib.

“O hazırda Biznesin inkişafı departamentinin direktoru kimi sığorta şirkətində fəaliyyətini davam etdirir”.

O, 2020-ci ilin oktyabrından “Günay Sığorta” ASC-nin İdarə Heyətində yer almışdı.

Qeyd edək ki, S.Fətullazadə ləğv edilmiş “Buta Sığorta” şirkətində, daha sonra isə “Günay Sığorta”da marketinq və PR sahəsində çalışıb. 2020-ci ilin iyul ayında isə şirkətin biznesin inkişafı departamentinə direktor təyin edilmişdi.

Son illərdə rəhbərlik bir neçə dəfə dəyişib. Şirkətinin İdarə Heyəti demək olaraq ki, tam deyildir. Şirkətə hazırda müvəqqəti olaraq Mahir Niftəliyev Ənvər oğlu sədrlik edir.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8.2 milyon manatdır. Şirkətin səhmlərinin 71.94%-i Yeganə Məmməd qızı Şirinovaya (“Günay Bank” ASC-nin 38.94%-lik səhmdarı), 28.06%-i isə Mahmud Məmmədova (“Günay Bank”ın 52.13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Oxşar xəbərlər