“Günay Sığorta”nın İdarə Heyətinə müvəqqəti icraedici təyin edilib

“Günay Sığorta” şirkətinin idarə heyətinə müvəqqəti icraedici təyin edilib. Sığorta şirkətinin nümayəndəlik və filiallarla iş departamentinin direktoru Pərviz Rzayev 2 ay müddətinə idarə heyətinin sədrinin səlahiyyətlərini icra edəcək.

Pərviz Rzayev məlumatı təsdiqləyib.

Qeyd edək ki, “Günay Sığorta”nın İdarə Heyətinin sədri Mahir Niftəliyev avqustun 1-dən öz ərizəsi ilə şirkətdən ayrılıb. Bu müddətdə sığorta şirkətinin idarə heyəti boş qalıb.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Şirkətin səhmlərinin 58.31%-i Yeganə Şirinovaya (“Günay Bank” ASC-nin .%-lik səhmdarı), 33.27 %-i Mahmud Məmmədova (“Günay Bank”ın 58.22 %-lik səhmdarı və Müşahidə Şurasının sədri), 8.42 %-i isə “Günay Bank”a məxsusdur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər