1 C
Baku
Saturday, December 14, 2024

“Günay Sığorta”nın mənfəəti 1,7 dəfə azalıb

“Günay Sığorta” ASC-nin ötən il cəmi gəlirləri 8,44 mln. manat, cəmi xərcləri isə 8,38 mln. manat təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə 2019-cu il yanvarın 1-nə olan maliyyə hesabatında qeyd edilir.

Sığorta Şirkəti 2018-ci il ərzində 57 min manat cəmi xalis mənfəət əldə edib ki, bu da 2017-ci il ilə müqayisədə 1,7 dəfə az olması deməkdir.

Sığorta Şirkətinin cəmi aktivləri isə 11% azalaraq 12,76 mln. manat olub.

Xatırladaq ki, “Günay Sığorta” ASC-nin nizamnamə kapitalı 7,7 mln. manat olmaqla, səhmlərinə iki fiziki şəxs olan Yeganə Şirinova – 71,94%, Xanım Məmmədova – 11,45% və Günay Bank ASC 16,61% olmaqla nəzarət edirlər.

Son xəbərlər
Digər xəbərlər