24 C
Baku
Thursday, April 18, 2024

“Günay Sığorta”nın maliyyə vəziyyəti açıqlandı

“Günay Sığorta” 2020-ci ilin birinci yarısını 629 min 834 manat xalis mənfəətlə başa vurub ki, bu da illik müqayisədə sığorta şirkətinin mənfəətinin 43% artması deməkdir. Ötən ilin müvafiq dövründə “Günay Sığorta” 439 min 127 manat mənfəət əldə etmişdir.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Cari ilin birinci yarımilliyində “Günay Sığorta”nın cəmi gəlirləri 4 milyon 712 min manat (illik müqayisədə 56,4% çox), cəmi xərcləri isə 3 milyon 925 min manat (illik müqayisədə 53% çox) olub.

Sığorta şirkətinin bu ilin yanvar-iyun aylarında cəmi aktivləri 14 milyon 479 min manat olub ki, bu da illin əvvəli ilə müqayisədə aktivlərin 0,4% artması deməkdir. İllin əvvəlində “Günay Sığorta”nın cəmi aktivləri 14 milyon 420 min manat təşkil edib.

Hesabat dövründə “Günay Sığorta”nın cəmi öhdəlikləri 3% artaraq 5 milyon 977 min manat, cəmi kapitalı isə 1,3% azalaraq 8 milyon 502 min manat olub.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 milyon manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya (“Günay Bank” ASC-nin 38,94%-lik səhmdarı), 28,06%-i isə Mahmud Məmmədova (“Günay Bank”ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər