“Günay Sığorta” ASC-nin rəhbərliyində dəyişiklik olub.
Banker.az-ın məlumatına görə, Omarxan İsayev Aydın oğlu “Günay Sığorta” ASC-nin sədri təyin edilib.
Buna qədər vəzifədə Rzayev Pərviz Səxavət oğlu idi.
Bildiyimiz kimi, bir qədər əvvəl Hikmət Salmanlı sədr vəzifəsindən çıxarılıb, İdarə Heyətinin üzvü təyin edilmişdir.
Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11.1 milyon manatdır.