12 C
Baku
Monday, November 18, 2024

“Günay Sığorta”nın rəhbəri yenidən dəyişdi

“Günay Sığorta” şirkətinin İdarə Heyətinə yeni sədr təyin edilib.

Banker.az-ın əldə etdiyi məlumata görə, bu Mahir Niftəliyev Ənvər oğludur.

Qeyd edək ki, buna qədər vəzifədə iki ay əvvəl təyin olunmuş  Sabir Quliyev Mehti oğlu idi.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 milyon manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya (“Günay Bank” ASC-nin 38,94%-lik səhmdarı), 28,06%-i isə Mahmud Məmmədova (“Günay Bank”ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər