“Günay Sığorta” şirkətinin İdarə Heyətinin sədri İlham Əmiraslanov vəzifəsindən azad edilib. Bu barədə fins.az-a şirkətdən məlumat verilib.
Onun səhhəti ilə əlaqədar işdən çıxdığı bildirilir. “Günay Sığorta”nın Müşahidə Şurasının qərarı ilə bu vəzifə müvəqqəti olaraq İdarə Heyətinin sədr müavini Vüqar Rəcəbova həvalə olunub.