23 C
Baku
Saturday, April 20, 2024

“Günay Sığorta”nın rəhbərliyində yeni təyinat olub

“Günay Sığorta” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının Qərarına əsasən Əskərov Kənan İdarə Heyətinin sədri vəzifəsini icra edən təyin edilmişdir. K.Əskərov vəzifəsinin icrasına bu ilin avqust ayının 1-dən başlayıb. Bu barədə Banker.az-a Sığorta Şirkətinfən məlumat daxil olub.

Kənan Əskərov 2004-cü ildə Hüquq fakültəsini və 2007-ci ildə Türk Sığorta İnstitununun (TSEV) “Yanğın və Mühəndislik sığortaları” ixtisasını əla nəticələrlə bitirib. Əmək fəaliyyətinə 2003-cü ildə başlayıb, 40-dan çox hüquqi və bir elmi məqalələnin müəllifidir. Sığorta sahəsində fəaliyyətinə 2006-2011-ci illərdə “Xalq Sığorta” ASC-də başlayıb. 2011-ci ildən 2016-cı ilin iyun ayınadək karyerasını “Azərbaycan Sənaye Sığorta” ASC-də davam etdirib. 2016-cı il iyul ayından “Günay Sığorta” ASC-nin İdarə heyətinin üzvü, noyabr ayından İdarə Heyəti Sədr müavini vəzifəsinə təyin edilmişdir.

Avqust 2018-ci il tarixindən “Günay Sığorta” ASC-nin İdarə Heyəti Sədri v.i.e vəzifəsində çalışır.

Sığorta Şirkəti bildirir ki, eyni zamanda şirkətin daxili sığorta proqramının inkişafına yönəlmiş fəaliyyətə rəhbərlik edib. Kənan Əskərov 2011-ci ildən Daxili Auditorlar İnstitunun üzvü həmçinin 2011-2015-ci illər üzrə “Audit Azərbaycan” İnstitutunun İdarə Heyətinin üzvü olub. 2014-cü ildən etibarən Azərbaycan Sığortaçılar Assosiasiyasının Könüllü sığorta növləri üzrə komitənin üzvüdür. Sığorta, təkrarsığorta və daxili audit üzrə bir çox yerli və xarici – ABŞ, Almaniya, Rusiya, Gürcüstan, Türkiyə, İsveçrə və Fransa kimi ölkələrdə keçirilən kurs və seminarlarda iştirak edib.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər