İcbari Sığorta Bürosunun heyətinə yeni təcrübəli işçi qatılıb. Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.
Məlumata görə, İlkin Mirzəyev İSB-nin Maliyyə, investisiya və uçot şöbəsinin müdiri vəzifəsinə təyin edilib. O, vəzifəsinin icrasına sentyabr ayından başlayaraq start verib.
İ.Mirzəyev 2018-ci ilin iyulundan 2020-ci ilin avqustuna qədər “Günay Sığorta” ASC-nin İdarə Heyətinin müavini kimi çalışıb. O, həmçinin həmin sığorta şirkətinin Daxili audit departamenitinin rəhbəri və Təftiş Komissiyasının sədri kimi çalışıb.