12 C
Baku
Thursday, November 14, 2024

“Günay Sığorta”nın sədri işdən çıxıb

“Günay Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Qəmbər Suvanverdiyev işdən çıxıb.

Bu barədə agentliyə Şirkətdən bildirilib.

Məlumata görə, hazırda “Günay Sığorta”ya rəhbərliyi İH-nin sədr müavini Kənan Əsgərov həyata keçirir.

Xatırladaq ki, “Günay Sığorta” şirkəti 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 mln. manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya, 16,61%-i “Günaybank” ASC-yə, 11,45%-i isə Xanım Nadir qızı Məmmədovaya məxsusdur.

Son xəbərlər
Digər xəbərlər