“Günay Sığorta” şirkətinin yığımlarında azalma müşahidə olunur.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2022-ci ilin may ayında “Günay Sığorta” şirkətinin sığorta haqqları 2 milyon 753 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 38% azalma deməkdir.
2021-ci ilin müvafiq dövründə isə sığorta şirkətinin yığımları 4 milyon 428 min manat təşkil edib.
Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb.