“Günay Sığorta” ASC-nin nizamnamə kapitalı artırılır.
Banker.az-ın məlumatına görə sığorta şirkətinin nizamnamə kapitalı 1 milyon manat və ya 10% artırılaraq 10.1 milyon manatdan 11.1 milyon manata çatdırılıb.
Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb. Şirkətin səhmdarları Yeganə Şirinova (“Günay Bank”ın 41.15 %-lik səhmdarı), Mahmud Məmmədov (“Günay Bank”ın 58.22 %-lik səhmdarı və Müşahidə Şurasının sədri) və “Günay Bank”dır.