“Günay Bank” ASC-nin faiz gəlirləri artaraq ötən ilin 12 ayını 6,915 mln. manata qədər artıb. Bunun da 4,1 mln. manatı xalis mənfəət olub.
Banker.az xəbər verir ki, bu barədə bankın 2017-ci 4-cü rübünə olan hesabatında qeyd edilib.
Məlumata götə, kredit portfeli ilin ilk rübü ilə müqayisədə 16,73 mln. artaraq ilin son rübündə 139,49 mln manat olub. Cəmi aktivləri hazırda 192,21 mln manat təşkil edir.
“Günay Bank”ın depozit portfelində artım daha gözəçarpandı. Belə ki, bankın depozit portfeli il ərzəində 2,5 dəfə, yəni, 51,68 mln. manat artaraq 86,06 mln. manat həcimində olub.
Mərkəzi Bank qarşısındakı öhdəliyi də azalıb. Belə ki, öhdəliyi 1,3 mln. manat azalaraq 610 min manata enib. Bankın hazlrda cəmi öhdəlikləri 131,93 mln. manat təşikil edir.
Qeyd edək ki, bankın cəmi kapitalı 60,28 milyon Azərbaycan manatdır