2 C
Baku
Thursday, February 29, 2024

“Günaybank”ın əmlakları satışa çıxarıldı

Oktyabrın 10-da “Əmlak Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Günaybank” ASC-nin balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaq.

Banker.az xəbər verir ki,  daşınar əmlakların ilkin satış qiyməti 25 min 75 manatdır.

Satış qiymətinin 5 faizi həcmində beh hərrac tarixinə bir iş günü qalanadək hərrac təşkilatçısına ödənilməlidir. Alış qiyməti 5 bank günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Məhəllə 563, Kazım Kazımzadə 123 (Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz).

Son xəbərlər
Digər xəbərlər