11 C
Baku
Monday, November 25, 2024

“Günaybank”ın “exchange” gəliri 2 dəfə azalıb

“Günaybank”ın 2019-cu il yanvar-sentyabr ayında faiz gəlirləri 8 milyon 903 min manat olub. Ötən ilin müvafiq dövrüylə müqayisədə 15 min manat artıb.

Banker.az xəbər verir ki, bu barədə kommersiya bankının 2019-cu ilin 3-cü rübü üzrə maliyyə hesabatında deyilir.

Cari ilin 9 ayında bankın qeyri-faiz gəlirləri 2018-ci ilin analoji dövrüylə müqayisədə 52% və yaxud 2 milyon 540 min manat azalaraq 2 milyon 324 min manat olub. “Günaybank”ın bu ilin yanvar-sentyabr aylarında Xarici valyutadan gəliri isə illik müqayisədə 2 dəfə azalaraq 2 milyon 772 min manat təşkil edib.

Bildirək ki, gəlirlərinin böyük hissəsi xarici valyutadan satışın üzərinə düşür.

“Günaybank”ın 2019-cu ilin 9 ayında faiz xərcləri 2 milyon 554 min manat artaraq 6 milyon 579 min manat, qeyri-faiz xərcləri isə 1 milyon 361 min manat azalaraq 5 milyon 924 min manat olub.

Son xəbərlər
Digər xəbərlər