18 C
Baku
Şənbə, Sentyabr 25, 2021

“GünayBank”ın keçmiş sədr müavini, Zeynalov hakim qarşısında – milyonlar necə mənimsənilib?

Screen Shot 2021 09 02 at 14.34.20

“GünayBank”ın keçmiş sədr müavini hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Emin Zeynalovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə Emin Zeynalovun vəkilləri məhkəməyə vəsatətlər təqdim ediblər. İlk vəsatət Emin Zeynalovun ev dustaqlığına buraxılması ilə bağlı olub. Digər vəsatətdə vəkillər bildirib ki, Emin Zeynalov 6 aya yaxın DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. Həmin müddət ərzində ondan etirafedici ifadələr alınıb. Vəkillər həmin ifadələrin sübutlar siyahısından çıxarılmasını istəyiblər.

Məhkəmə müşavirədən sonra vəsatətlərə münasibət bildirib. Qərara əsasən vəsatətlər təmin edilməyib.

Baxış iclası noyabrın 5-nə təyin edilib.

İttihama görə, Emin Zeynalov bankda qeyri-leqal pul dövriyyəsi sxemi qurmaqda, onlarla adamın 100 milyon manata yaxın vəsaitini mənimsəməkdə günahlandırılır.

Bildirilir ki, Emin Zeynalov ötən ilin aprelində “GünayBank” ASC-nin idarə heyətinin sədr müavini təyin edilməsindən sonra banka uçota alınmayan on milyonlarla manat vəsait cəlb edib və bu qeyri-leqal depozitlərə görə sahiblərinə hər ay 1-3 faiz pul ödəyib. Lakin bir müddət sonra vəsaitlərlə birlikdə yoxa çıxan E.Zeynalovun pulları onlayn valyuta birjası “Forex”-ə yatıraraq ziyana düşdüyü məlum olub.

Onun bankın Müşahidə Şurasının sədri və səhmlərinin 90 faizə yaxınının sahibi Mahmud Məmmədova da milyonlarla manat borcu yaranıb. Zərərçəkənlər Zeynalovun barəsində hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Emin Zeynalov “BUSBank” rəhbəri Zakir Zeynalovun oğludur. Z. Zeynalov 2000-ci ildə yaradılmış Birləşmiş Universal Səhmdar Bankı (BUS) İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. O, 4 avqust 2004-cü il tarixinə kimi həmin vəzifədə işləyib. Daha sonra “Finans Lizinq” ASC Müşahidə şurasının sədri vəzifəsində çalışıb.

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir.

Qeyd edilir ki, E.Zeynalovun pulunu mənimsədiyi şəxslər arasında yüksək vəzifəli məmurlar da var.

musavat.com

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər