27 C
Baku
Saturday, July 27, 2024

“Günay Bank”ın maliyyə durumu bəlli oldu

“Günay Bank” 2020-ci ilin ilk rübünü 1 milyon 76 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə isə bank 391 min manat xalis mənfəət əldə etmişdir. Belə ki, “Günay Bank”ın mənfəəti illik müqayisədə 3 dəfəyə yaxın artıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Cari ilin yanvar-mart aylarında bankın cəmi gəlirləri 5 milyon 772 min manat (illik müqayisədə 32,4% çox), cəmi xərcləri 4 milyon 64 min manat (illik müqayisədə 5% çox) təşkil edib. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata isə 632 min manat ayrılıb.

“Günay Bank”ın cəmi aktivləri ilk 3 ayda ötən ilin sonuna nisbətən 24% artaraq 236 milyon 224 min manat olub. Bunun 175 milyon 116 min manatı müştərilərə verilmiş kreditlər təşkil edib ki, bu da yanvar-mart aylarında bankın kredit portfelinin 20% artması deməkdir.

Son xəbərlər
Digər xəbərlər