10 C
Baku
Thursday, December 12, 2024

Günel Cavadova “Bakı Metropoliteni”nin Müşahidə Şurasına seçildi – SƏRƏNCAM

Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 30 mart 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.

Banker.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Şuranın üzvü olan Zaur Qurbanov Günel Cavadova ilə əvəz olunub.

Günel Cavadova – Azərbaycan İnvestisiya Holdinqinin Hüquq departamentinin direktorudur.

Daha əvvəllər isə “Unibank KB” ASC-də çalışıb.

Son xəbərlər
Digər xəbərlər