16 C
Baku
Wednesday, November 5, 2025

“Gunvor”un rəhbəri yaxın onillikdə neft istehlakının azalacağını gözləmir

Beynəlxalq neft ticarəti şirkəti “Gunvor”un baş direktoru Torbyörn Törnkvist bildirib ki, yaxın 10 il ərzində qlobal neft istehlakı öz pik həddinə çatmayacaq.

“Düşünürəm ki, qarşıdakı onillikdə neft istehlakında hər hansı ciddi azalma görmək çox çətin olacaq. Əhəmiyyətli bir azalma. Mən dəqiq faiz göstəricisi deyə bilmərəm — nə qədər artacaq, nə qədər azalacaq — amma neft bizə hələ uzun müddət lazım olacaq”, – deyə o qeyd edib.

Törnkvist əlavə edib ki, neft və qaz sənayesi gələcəkdə də inkişaf etməyə davam edəcək, çünki enerji keçidi bu sahələri tamamilə əvəz edə bilməz. Onun sözlərinə görə, dünya enerji balansında bütün enerji mənbələrinə ehtiyac qalacaq.

Son xəbərlər
Digər xəbərlər