7 C
Baku
Saturday, December 7, 2024

Gürcü bankının Azərbaycandakı törəmə BOKT-u ili 1.54 mln. manat xalis mənfəətlə tamamlayıb

Gürcüstanın  “TBC Bank”ının Azərbaycandakı törəmə kredit təşkilatı “TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı MMC 2022-ci ildə 1.54 milyon manat xalis mənfəət əldə edib.

Banker.az xəbər verir ki, bu barədə BOKT-nin illik audit hesabatında bildirilir.

Hesabat müddətində 3 mln. 787 min manat faiz gəliri əldə etməklə, öncəki ildən (2 mln. 555 mln. manat) yuxarı olub. 852 min manat faiz xərci çıxıb.

“TBC Kredit” BOKT-nin digər əməliyyat gəlirləri və xərcləri fərqindən sonra 1 mln. 609 min manat mənfəəti yaranıb, buradan, 72 min manat mənfəət vergisi ödəyib.

Bununla da onun xalis mənfəəti 2022-ci ildə 1 mln. 537 min manat olub. Öncəki ildə bu rəqəm 979 min manat idi.

Bu xalis mənfəətdən sonra balansındakı bölüşdürülməmiş mənfəət 1 yanvar 2023-cü ilə 2 mln. 11 min manat olub.

BOKT aktivlərinin həcmini son bir ildə 9% artırmaqla 17 mln. 296 min manata yüksəldərkən, öhdəliklərini 2% azaldaraq 6 mln. 832 min manata salıb.

222 12

Son xəbərlər
Digər xəbərlər