9 C
Baku
Friday, December 13, 2024

Gürcü hərbi ekspert: “Bölgə lokal müharibə astanasındadır”

“Bölgə lokal müharibə astanasındadır. Belə ki, iki müstəqil dövlət arasında toqquşmalar baş verir”.

Bunu hərbi ekspert, politoloq Vaxtanq Maisaya “Rezonansi” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədində qarşıdurmanın bir neçə səbəbi ola bilər: “Bu səbəblərə tərəflər arasında dialoqun son zamanlar zəifləməsi, Rusiyanın müdaxiləsi və koronavirus böhranı səbəbindən Qərbin məsələyə zəif cəlb olunmasını aid etmək olar”.

Gürcü ekspertin fikrincə, Minsk Qrupunda təmsil olunan dövlətlər bölgəyə lazımı diqqət ayırmır: “ABŞ-dakı çətinliklər və Qərbin məsələyə az cəlb olunması müəyyən formada eskalasiyanın yaranmasına təsir edib”.

G.Maisaya qarşıdurmanın Dağlıq Qarabağ münaqişəsindən fərqləndiyini deyib: “2016-cı ilin aprelində dördgünlük müharibə Dağlıq Qarabağdakı separatçı bölgə ilə bağlı idi. İndi isə qarşıdurma dövlətlərarası münaqişəyə çevrilib. Toqquşmalar bilavasitə dövlət sərhədində baş verir və genişmiqyaslı qarşıdurmaya çevrilə bilər. Qonşu dövlətlər arasında birbaşa müharibə baş versə, bu, Gürcüstana yaxşı heç nə vəd etməyəcək”.

Politoloq Azərbaycan və Ermənistan arasında qarşıdurmanın regional xarakter alacağı, məsələyə Rusiya və Türkiyənin də cəlb olunacağını istisna etməyib.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər