19 C
Baku
Friday, May 3, 2024

Gürcü larisi küləyin əksi istiqamətdə üzür -Lari dollara qarşı bahalaşıb

Gürcüstan larisi pandemiya müddəti ərzində itirdiyi dəyəri tam bərpa edib.

Bu barədə Banker.az Gürcüstan Milli Bankının rəsmi məzənnə açıqlamasına istinadən xəbər verir.

Ölkədə 1 dollar 2.8504 lari səviyyəsində olub ki, bu da gürcü pulunun dollara qarşı son bir ildə 9.3%, 2022-ci martında qeydə alınan 3.4000 lari səviyyəsindən bu tərəf isə 16% bahalaşmasıdır.

Gürcüstan Milli Bankı uçot faiz dərəcəsini yüksələn qiymətlər fonunda 10.5%-dən 11%-ə qaldırıb.

Qeyd edək ki, qloblar birjalarda ABŞ dolları FED-in uçot faiz dərəcələrini inflyasiyanı cilovlamaq üçün 100 baza bəndi artıracağı ehtimalı ilə bahalaşıb. ABŞ dolları ilə avro paritet səviyyədə ticarət edilir. Yəni, trend bahalaşan ABŞ dollarıdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər