7 C
Baku
Sunday, December 15, 2024

Gürcüstan ərazisinə xarici vətəndaşların girişi yalnız səfər sığortası ilə mümkün olacaq

İyunun 1-dən Gürcüstan ərazisinə xarici vətəndaşların girişi yalnız səfər sığortası ilə mümkün olacaq.

Sığortanın olmamasına görə 300 lari (186 manat) cərimə tətbiq ediləcək.

Cəriməni 1 ay ərzində ödəməyənlər üçün məbləğ 3 dəfə artaraq 900 lari (558 manat) olacaq.

Gürcüstana səfər edəcək Azərbaycan vətəndaşları da yerli sığorta şirkətlərindən səfər sığortası almalıdırlar. Qiymət səfərin müddətindən asılıdır. Sığorta edilərkən 5 000 ABŞ dolları dəyərində ambulator ve təcili yardım xidmətləri, eləcə də 30 000 ABŞ dolları dəyərində stasionar xidmətlər üçün təminat verilməlidir.

Əgər vətəndaş Gürcüstanda nəzərdə tutduğu müddətdən artıq qalmalı olsa, sığortanın müddətini onlayn uzada və yaxud Gürcüstandakı sığorta şirkətlərindən də əlavə səfər sığortası ala bilər.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər