6 C
Baku
Thursday, December 5, 2024

Gürcüstan ərzaq problemi ilə üzləşə bilər

Gürcüstanın Taxıl və Un İstehsalçıları Assosiasiyası hökuməti Rusiyadan un, arpa və kəpək idxalına tətbiq edilən müvəqqəti rüsumun müddətini uzatmağa çağırıb.

Bu barədə assosiasiyanın icraçı direktoru Levan Silagava BMG media platformasından çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ölkədə taxıl məhsuluna tələbat olmadığından satışda problem yaşayan gürcü fermerlərinə dəstək məqsədilə Gürcüstan 2023-cü ilin yayından un, arpa və kəpəyə müvəqqəti idxal rüsumunu tətbiq edib. Əvvəlcə bu qərar 2023-cü il noyabrın 1-nə qədər etibarlı idi. Etibarlılıq müddəti artıq iki dəfə – birincisi, cari ilin martın 1-dək, ikinci dəfə isə sentyabrın 1-dək uzadılıb.

“Assosiasiya Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyi qarşısında rüsumun sentyabrın 1-dək uzadılması ilə bağlı məsələ qaldırıb. Bu rüsum un, arpa və kəpək idxalına tətbiq edilən vergidir ki, bu da idxal buğdasının üzən tariflərini effektiv şəkildə balanslaşdırır və zavodları rəqabət mühitinə salır”, – deyə L.Silagava bildirib.

Onun sözlərinə görə, rüsum uzadılacağı təqdirdə, bu, uzunmüddətli perspektivdə, o cümlədən buğda saxlayanların işini asanlaşdıracaq ki, sentyabrdan sonra onlar dəyirmanlara tədarük məsələsinə stabil şəkildə baxa bilsinlər.

Əgər hökumət müraciətə müsbət cavab verməsə, ölkədə ərzaq qıtlığı yarana bilər.

Son xəbərlər
Digər xəbərlər