14 C
Baku
Cümə, Oktyabr 22, 2021

Gürcüstan 5 ölkə ilə sərhədlərini açır

faizlere

Avropa İttifaqına üzv 5 ölkə Gürcüstanla sərhədlərini açır.

Bu barədə Gürcüstan Baş nazirinin müşaviri İrakli Çikovani bildirib. O deyib ki, bu ölkələr Almaniya, Fransa, Latviya, Litva və Estoniyadır.

Baş nazirin müavini qeyd edib ki, sərhədlərini açacaq ölkələrlə danışıqlar artıq yekunlaşmaq üzrədir: “Gürcüstan iqtisadi fəallığı təşviq etmək məqsədi ilə bütün ölkələrdən işgüzar səfərlərin əvvəlcədən razılaşdırılmış qaydalar əsasında həyata keçirilməsinə icazə verəcək. Gürcüstana işgüzar səfərə gələn qonaqlar öz hesablarına hər 72 saatdan bir PZR testindən keçməli və ya məcburi 14 günlük karantində qalmalı olacaqlar. Bu qayda Gürcüstanla sərhədini açan 5 Avropa İttifaqı ölkəsinin vətəndaşlarına şamil edilməyəcək”.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:APA
Son xəbərlər
360 380
Oxşar xəbərlər