4 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Gürcüstan 50 yaşdan yuxarı vətəndaşlara vaksinasiyaya görə pul ödəyəcək

Yanvarın 1-dən etibarən koronavirus peyvəndinin ilk dozasını alacaq 50 yaşdan yuxarı bütün Gürcüstan vətəndaşlarına dövlət tərəfindən 200 lari (təxminən 70 dollar) ödəniləcək.

Banker.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri yanında COVID-19 Pandemiyası ilə Mübarizə üzrə Koordinasiya Şurasında məlumat verilib. Peyvəndin ikinci və ya buster dozası üçün heç bir mükafat nəzərdə tutulmayıb.

Noyabr ayında həmin şura 60 yaşdan yuxarı vətəndaşlara vaksinasiyaya görə 200 lari ödəməyə qərar verib. Nəticə bütün gözləntiləri aşıb: peyvənd olunanların sayı iki dəfə artıb.

COVID-19-dan yüksək ölüm nisbətinə əlavə olaraq, Gürcüstan hakimiyyətini peyvənd mükafatı alanların yaşını azaltmağa vadar edən açıqlanmayan bir amil var: 2021-ci ildə ölkəyə gətirilən vaksinlərin əksəriyyətinin istifadə müddəti bitmək üzrədir.

Dekabrın 29-na olan məlumata görə, Gürcüstanda ümumi əhalinin yalnız 34%-i tam peyvənd olunub, 28%-i isə bir doza vurdurub.

Ölkənin işğal olunmuş ərazilərdən olan Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin məlumatına görə, pandemiya başlayandan ümumilikdə 3.9 milyona yaxın əhalisi olan Gürcüstanda 931 mindən çox insan koronavirusa yoluxub, onlardan 13.7 mini ölüb.

Son xəbərlər
Oxşar xəbərlər