4 C
Baku
Sunday, December 4, 2022

Gürcüstan ABŞ-dan əlavə “Javelin”lər alacaq

Gürcüstan müdafiə qabiliyyətinin artırılması məqsədilə ABŞ-dan tank əleyhinə “Javelin” raket qurğuları kompleksinin əlavə partiyasını alacaq.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında deyib.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti 2021-ci ildə Gürcüstana 30 milyon ABŞ dolları dəyərində əlavə “Javelin”lərin satılması barədə qərar qəbul edib: “Gürcüstanın Müdafiə Nazirliyi “Javelin” qurğularını iki ölkə arasında saziş əsasında sürətləndirilmiş qaydada alacaq. 26 milyon 246 min 866 dollar dəyərində qurğuların alınması ABŞ-ın ayırdığı vəsait və Gürcüstanın dövlət büdcəsi hesabına maliyyələşdiriləcək”.

Qeyd edək ki, Gürcüstan “Javelin” sistemlərinin ilk partiyasını 2018-ci ildə alıb.

Son xəbərlər
Digər xəbərlər
X