8 C
Baku
Monday, November 18, 2024

Gürcüstan ABŞ-yə münasibətlərin bərpasını təklif edib

Gürcüstan hökuməti ABŞ-yə münasibətləri bərpa etməyi təklif edir.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuat konfransında bildirib.

“Biz amerikalı tərəfdaşlarımıza fərqli bir gündəlik təklif etmək istəyirik, bu isə yeniləmə deməkdir. Son üç-dörd ildə bu münasibətlərin nə qədər pisləşdiyi məlumdur. Bu fonda münasibətlərin yenidən qurulmasına ehtiyac var”, – o vurğulayıb.

Baş nazir bildirib ki, ölkə hökuməti ABŞ-nin bu istiqamətdə praqmatik qərarlar qəbul edəcəyini gözləyir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər