19 C
Baku
Sunday, May 19, 2024

Gürcüstan Aİ-dən gətirilən avtomobillərin Rusiyaya ixracını qadağan edib

Gürcüstanda Avropa İttifaqından Rusiya və Belarusa avtomobillərin ixracına qoyulan qadağa bu gündən, sentyabrın 26-dan qüvvəyə minib. Qərar avqustun əvvəlində verilib. Oxşar qaydalar Amerika avtomobillərinə də aiddir.

Tədbirlər mühərrikinin həcmi 1900 kubmetrdən çox olan avtomobillərin Rusiyaya idxalını qadağan edən Aİ-nin 11-ci sanksiyalar paketinə uyğun olaraq həyata keçirilib, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.

Xatırladaq ki, Gürcüstan avtomobil istehsal etmir, lakin onları fəal şəkildə idxal edir. 2023-cü ilin martında ölkə Rusiyaya minik avtomobillərinin ixracını kəskin şəkildə artırıb. 2023-cü il avqustun əvvəlində Yaponiya İqtisadiyyat Nazirliyi mühərriki 1.9 litrdən çox olan avtomobillərin, hibridlərin və elektromobillərin Rusiyaya ixracını qadağan edib. Məhdudiyyətlər fonunda iyul ayında Tokiodan avtomobil ixracı 53% artıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər