Gürcüstana Avropa İttifaqına (Aİ) namizədlik statusu verilməyib.
Buna səbəb ölkə hakimiyyətinin Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etməsi olub. Bu barədə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.
“Gürcüstan hökuməti onlar üçün problemdir, çünki o, sanksiyalara qoşulmur, müharibəyə başlamır, ölkədə “ikinci cəbhə” açmır”, – deyə Kaladze qeyd edib.
Mer əlavə edib ki, hakimiyyət namizəd statusu almaq üçün Gürcüstana təqdim edilmiş 12 tövsiyənin icrası üzərində ciddi şəkildə işləyir.
Xatırladaq ki, aprelin 26-da Gürcüstan Baş naziri İrakli Qaribaşvili Avropa Komissiyasının bir qisim tövsiyələrini yerinə yetirdiyi üçün ölkənin 2023-cü ilin sonuna qədər Aİ-yə namizədlik statusu alacağına ümid etdiyini bildirmişdi.