10 C
Baku
Sunday, May 19, 2024

Gürcüstan Avropa İttifaqının 12 şərtini yerinə yetirəcək

Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün oliqarxlarla mübarizə və siyasi qütbləşmənin aradan qaldırılması daxil olmaqla 12 şərti yerinə yetirəcək.

Bu barədə Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının sədri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, bunlardan biri deoliqarxizasiya haqqında yeni qanunun qəbul olunmasıdır. Qanun layihəsinin hazırlanması üçün parlamentin Hüquq məsələləri üzrə komitənin nəzdində işçi qrupu yaradılacaq.

Qeyd edilib ki, qanun layihəsi oktyabrın 5-dən gec olmayaraq parlamentə təqdim ediləcək, noyabrın 29-dək qəbul olunacaq.

Bundan əlavə, partiya sədri Avropa İttifaqının digər şərtləri üzrə də işçi qrupların yaradılacağını və bütün istiqamətlərdə fəal iş aparılacağını diqqətə çatdırıb.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər