26 C
Baku
Saturday, July 27, 2024

Gürcüstan avtomobil ixracından bu il 595 mln. dollar qazanıb

2019-cu ilin yanvar-noyabr ayları ərzində Gürcüstanın avtomobil ixracından gəlirləri 594,6 mln. ABŞ dolları ($) təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd edilib ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə $238,9 mln. dollar və ya 67,2% çoxdur. Ötən il bu ölkənin ixrac etdiyi avtomobillərin ümumi dəyəri $355,7 mln. dollar təşkil edib.

Hesabat dövründə avtomobil ixracı Gürcüstanın ümumi ixracının 17,6%-nə bərabər olub.

Son xəbərlər
Digər xəbərlər