Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri vəzifəsindən istefa verib

Zviad Dzidziquri Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri vəzifəsindən istefa verib.

Bu barədə Gürcüstan bürosuna parlament üzvü özü açıqlama verib.

O deyib ki, qanunverici orqanda öncə tutduğu bütün vəzifələri üzrə səlahiyyətlərini dayandırıb. Deputat artıq parlamentdəki iş otağını boşaldıb. Z.Dzidziquri bundan sonra müstəqil deputat olacaq.

Qeyd edək ki, Z.Dzidziquri 2016-cı ilin noyabrından parlamentin sədr müavini, 2017-ci ilin martından isə Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri vəzifəsini tutub. Onun tutduğu vəzifələri tərk etməsinə səbəb noyabrın 14-də proporsional seçki sisteminə keçidi nəzərdə tutan qanunun parlamentdə dəstəklənməməsi olub. 

©Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları