24 C
Baku
Thursday, July 25, 2024

Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi prosesinə ABŞ şirkəti cəlb olunub

“Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı yekun qərar Gürcüstanın dövlət maraqları və iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinə uyğun əldə olunmalıdır”.

Banker.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri vəzifəsini icra edən David Zalkaliani bildirib.

Onun sözlərinə görə, koronavirus pandemiyası səbəbindən birgə komissiya fəaliyyət göstərə bilməyib: “Gələn il komissiyanın işi bərpa olunacaq və bütün məsələlərin müzakirəsi işgüzar rejimdə aparılacaq”.

D.Zalkaliani deyib ki, prosesə beynəlxalq ekspertlər və sərhədlərin demarkasiya-delimitasiyası məsələləri ilə məşğul olan ABŞ-ın tanınmış şirkətlərindən biri cəlb olunub. “Həm Azərbaycan, həm də Ermənistanla sərhədlərin delimitasiyası 2021-ci ilin prioritet məsələləri sırasına daxil olacaq”.

Son xəbərlər
Digər xəbərlər