27 C
Baku
Saturday, July 27, 2024

Gürcüstan Azərbaycana 18 milyon dollarlıq öz istehsalı olan məhsullar satıb

Bu ilin yanvar-mart ayları ərzində Gürcüstan Azərbaycana 18.9 milyon ABŞ dolları dəyərində öz istehsalı olan mal və məhsullar ixrac edib.

Banker.az xəbər verir ki, bu, illik müqayisədə 16.4% artım deməkdir.

2020-ci ilin eyni dövründə isə Gürcüstanın Azərbaycana yerli istehsal mal və məhsullar ixracının dəyəri 16 milyon dollar təşkil edib.

Qeyd edək ki, cari ilin ilk üç ayı ərzində Gürcüstanın Azərbaycana  ən çox ixrac etdiyi yerli istehsal mal və məhsullar azotlu mineral və ya kimyəvi gübrələr, canlı iribuynuzlu mal-qara və şəkərli qazlaşdırılmış süfrə suları olub.

Son xəbərlər
Digər xəbərlər