32 C
Baku
Saturday, July 12, 2025

Gürcüstan Azərbaycana gübrə ixracını 40%-ə yaxın artırıb

Bu ilin yanvar-mart ayları ərzində Gürcüstan Azərbaycana 16 777 ton azot əsaslı gübrə ixrac edib ki, bu da illik müqayisədə 4 736 ton və ya 39,3% çoxdur.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin rüblük hesabatında qeyd olunub.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulun dəyəri əvvəlki ilin analoji dövrü ilə müqayisədə 421,1 min ABŞ dolları və ya 18,2% artaraq 2 737,0 min dollara çatıb.

Qeyd edək ki, 2019-cu ilin yanvar-mart ayları ərzində isə Gürcüstan Azərbaycana 2 315,9 min dollar dəyərində 12 041 ton azot əsaslı gübrə ixrac edib.

©APA

Son xəbərlər
Digər xəbərlər