25 C
Baku
Saturday, July 27, 2024

Gürcüstan Azərbaycandan neft idxalını 23% azaldıb

Bu ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycandan 48 187,99 min ABŞ dolları dəyərində 56 507,75 ton neft idxal edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycandan idxal edilən neftin həcmi illik müqayisədə 16 808,87 ton və ya 22,9% azalıb, dəyəri isə 12 727 min dollar və ya 35,8% artıb.

2021-ci ilin ilk beş ayı ərzində Gürcüstan Azərbaycandan 35 460,95 min dollar dəyərində 73 316,62 ton neft idxal edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər