5 C
Baku
Thursday, February 29, 2024

Gürcüstan Azərbaycandan neft məhsulları idxalını 5 dəfə azaldıb

Gürcüstan 2023-cü ilin yanvar-may ayları ərzində Azərbaycandan 9.7 mln. dollar dəyərində 10 858 ton neft və neft məhsulları idxal edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında qeyd olunub.

Cari ilin ilk 5 ayı ərzində Gürcüstanın Azərbaycandan idxal etdiyi neft və neft məhsullarının həcmi 2022-ci illə müqayisədə 45 649 ton və ya 5.2 dəfə, dəyəri isə 38.46 mln. dollar və ya 4.96 dəfə azalıb.

2022-ci ilin ilk 5 ayı ərzində Gürcüstan Azərbaycandan 48.18 mln. dollar dəyərində 56 507 ton neft və neft məhsulları idxal edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər