8 C
Baku
Sunday, November 17, 2024

Gürcüstan Azərbaycandan idxalını artırıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 248 812,5 min ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Sənədə əsasən, iki ayda Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 9,8 % payla qonşu ölkənin ticarət tərəfdaşları arasında Türkiyə və Rusiyadan sonra III yeri tutub.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 39,1 % artaraq 92 336,2 min ABŞ dolları, Azərbaycandan idxalı isə 55,5 % artaraq 156 476,4 min ABŞ dollarına bərabər olub.

Gürcüstanın ümumi ixracında Azərbaycan 12,1 % paya sahib olmaqla Çin və Rusiyadan sonra qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında III yerdə qərarlaşıb. Azərbaycan Gürcüstanın ümumi idxalında isə 8,8 % payla qonşu ölkənin Türkiyə və Rusiyadan sonra III əsas idxal tərəfdaşı olub.

Son xəbərlər
Digər xəbərlər