17 C
Baku
Friday, October 18, 2024

Gürcüstan Azərbaycandan neft və neft məhsulları idxalını 2 dəfədən çox azaldıb

2023-cü ilin yanvar-iyun ayları ərzində Gürcüstan Azərbaycandan 19.71 milyon ABŞ dolları dəyərində 24 498.97 ton neft və neft məhsulları idxal edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycandan idxal edilən məhsulun dəyəri illik ifadədə 28.7 milyon dollar və ya 2.5 dəfə, həcmi isə 32 355.33 ton və ya 2.3 dəfə azalıb.

2022-ci ilin birinci yarısında Gürcüstan Azərbaycandan 48.5 milyon dollar dəyərində 56 854.3 ton neft və neft məhsulları idxal edib.

Xatırladaq ki, Gürcüstan Avro-5 yanacaq standartının tətbiqi ilə əlaqədar bu ilin əvvəlindən Azərbaycandan dizel idxalını dayandırıb.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər