Bu ilin birinci rübündə Gürcüstan Azərbaycandan 171 min ABŞ dolları dəyərində şəkər və qənnadı məmulatları idxal edib.
Banker.az Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 90 % azdır.
Qeyd edək ki, 2023-cü ildə Gürcüstan 140 milyon ABŞ dolları dəyərində şəkər və qənnadı məmulatları idxal edib ki, bunun da 3.4 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.