16 C
Baku
Sunday, October 19, 2025

Gürcüstan Azərbaycandan təbii qaz alışlarını kəskin artırıb

Azərbaycan Gürcüstana təbii qaz ixracını kəskin artırıb ki, bu da Gürcüstanın ümumilkdəki qaz alışlarını xeyli üstələyir.

Banker.az xəbər verir ki, 2025-ci ilin ilk səkkiz ayında Gürcüstana nəql edilmiş təbii qazın həcmi 1 milyard 551.5 milyon kub-metr həcmində təbii qaz satılıb. İxrac edilmiş təbii qazın dəyəri $169. 5 milyon təşkil edib.

Öncəki ildə təbii qaz ixracının həcmi Dövlət Statistik Komitəsinə görə 629.1 milyon kub metrin altında idi və dəyər cəmi $107.2 mln. təşkil etmişdi.

Bu ilin ilk 7 ayına qədər ümumi Gürcüstanın qaz idxalında illik cəmi 5 faiz artım vardı. Təbii qazın Azərbaycandan alışlarının yüksəlməsi digər təchizatçı Rusiyadan nəqldə bir qədər azaldığına işarədir.

Məsələn, 2024-cü ildə Cənubi Qafqaz ölkəsi ümumilikdə 2 mlrd. 156 mln. kub-metr təbii qaz idxal etmişdi. Bunun 84 faiz pay və ya 1 mlrd. 812 mln. kub metri  Azərbaycanın, qalan 344 mln. kub-metri isə Rusiya Federasiyasının payına düşmüşdü. 2023-cü ildə isə Rusiyanın payı bir qədər yüksəlmiş və Azərbaycanın payı 72 faizə düşmüşdü.

Gürcüstan mediasındakı məlumatlara əsaslansaq, qiymətlər və şərtlər baxımından Rusiyanın qazı Gürcüstana daha bahadır.

Əlavə olaraq, Rusiyadan Ermənistana da qaz tədarükü Gürcüstan ərazisindən keçirərir və bu il əsasən qaz kəmərində təmir, texniki işlər səbəbindən bir neçə dəfə müvəqqəti dayandırılmalar olub.

Son xəbərlər
Digər xəbərlər