Bu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 8 104,6 ton dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar idxal edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Azərbaycandan qonşu ölkəyə ixrac olunan tikinti materiallarının dəyəri 3 697,7 min ABŞ dollarına bərabər olub.
Ötən ilin eyni göstəricisi ilə müqayisədə məhsulun həcmi 2 862,5 ton və ya 54,6% artıb.
©Report








