Gürcüstan Azərbaycanla “bir pəncərə” konsepsiyası üzrə birgə sərhəd-nəzarət buraxılış məntəqələrinin yaradılması üzərində işləyir.
Bunu Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Mərkəzi Asiya və Qafqaz ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərlərinin Beynəlxalq Valyuta Fondunun baş direktorunun müavini Bo Li ilə Vaşinqtonda keçirilən birgə görüşdə çıxışı zamanı bildirib.
Bunun prosedurların və infrastrukturun sadələşdirilməsini tələb etdiyini nəzərə çatdıran nazir son illər Gürcüstanda dövlət xidmətlərinin sadələşdirilməsi, rəqəmsal vergitutmanın tətbiqi və effektiv gömrük nəzarətinin həyata keçirilməsi istiqamətində mühüm addımların atıldığını qeyd edib.
O, əlaqələrin gücləndirilməsi baxımından Azərbaycan, Türkiyə və Ermənistan sərhədlərinədək avtomagistralın son hissələrinin tikintisinin başa çatdırılmasının vacibliyini vurğulayıb.
L.Xutsişvili Orta Dəhlizin əhəmiyyətindən və Gürcüstanın bu layihəyə yönəltdiyi sərmayələrdən də danışıb:
“Orta Dəhlizin səmərəli və stabil marşrut olması, digər marşrutlara qismən alternativə çevrilməsi üçün Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında daha sıx əməkdaşlıq və beynəlxalq maliyyə institutlarının bundan sonra da dəstəyi tələb olunur.