2020-ci ilin yanvar-noyabr aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 831.3 milyon ABŞ dolları olub.
Banker.az Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10.8% azdır.
On bir ay ərzində Azərbaycan Gürcüstanın ticarət dövriyyəsində 8.1% payla qonşu ölkənin ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra 4-cü yeri tutub.
Bu ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana ixracın həcmi 399.6 milyon ABŞ dolları olub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11.7% azdır.
Cari ilin eyni dövründə Gürcüstan Azərbaycandan 431.7 milyon ABŞ dolları dəyərində məhsul idxal edib ki, bu da ötən ilin mevafiq dövrü ilə müqayisədə 11.3% azdır.