8 C
Baku
Sunday, November 17, 2024

Gürcüstan Azərbaycanla yeni iqtisadi əməkdaşlıq istiqamətləri müəyyən edib

Gürcüstan Azərbaycanla iqtisadi sahədə əməkdaşlığın yeni istiqamətlərini müzakirə edir.

Bunu Azərbaycanda səfərdə olan Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili deyib.

Onun sözlərinə görə, iki ölkə nəqliyyat, energetika, rabitə kimi konkret strateji istiqamətlər üzrə əməkdaşlıq edir: “Bu sahələrdə ölkələrimiz sıx əməkdaşlıqla bağlı böyük təcrübəyə malikdir. Müzakirələr zamanı rəqəmsal transformasiya, turizm sahəsində əmədakşlıq, turizm infrastrukturuna investisiyaların cəlb olunması, bu sahədə birgə layihələrin reallaşdırılması, regionun beynəlxalq miqyasda tanıdılması kimi yeni istiqamətlər barədə də danışdıq”.

Nazir bildirib ki, bütün bunlar Gürcüstan və Azərbaycanın iqtisadi potensialdan istifadə etmək və iqtisadi artımı təşviq etmək üçün çox vacibdir.

L.Davitaşvili qeyd edib ki, Bakıda keçirdiyi görüşlərdə iki ölkə arasında strateji əməkdaşlıq, tarixi əlaqələr, həmçinin Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə olunan irəliləyiş vurğulanıb.

O, Gürcüstan vasitəsilə Avropa bazarına çıxış əldə etməyin Azərbaycan üçün də çox vacib olduğunu vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər