Gürcüstan KİV-lərinin məlumatına görə, bu ölkədə ən böyük banklardan hesab edilən “Gürcüstan Bankı” qarət olunub. Naməlum şəxslər bankdan 10 milyon GEL, təqribən 4,2 milyon ABŞ dolları aparıblar.
Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Quram Donadze bildirib ki, pullar bankın Tbilisinin mərkəzindəki filiala məxsus inkassator avtomobilindən götürülüb. Oğrular inkassator avtomobilini şəhərin mərkəzində, Aqmaşenebeli küçəsində tərk ediblər.
Ölkənin hüquq mühafizə orqanları cinayətkarların tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Azertag