17 C
Baku
Friday, May 3, 2024

Gürcüstan bankının Azərbaycandakı törəmə BOKT-u yarım ili mənfəətlə başa vurub

“TBC Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-ci ilin birinci yarısını 244 min manat xalis mənfəətlə başa vurub. 2022-ci ildə BOKT-un mənfəəti 48 min manat olub ki, bu da illik müqayisədə 5 dəfə artım deməkdir.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “TBC Kredit”in faiz gəlirləri 1 milyon 856 min manat (əvvəlki ilə nisbətən 13% çox), faiz xərcləri 338 min manat, amortizasiya xərcləri 34 min manat, inzibati xərclər 541 min manat, mənfəət vergisi ödəmələri isə 65 min manat təşkil edib.

Bu il avqustun 1-nə “TBC Kredit”in aktivləri 19 milyon 449 min manat olub ki, bu da illik müqayisədə 6.5% çoxdur. Bunun 16 milyon 830 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2023-ci ildə BOKT-un kredit portfeli 7.4% böyüyüb

Son xəbərlər
 ⁠
Digər xəbərlər