Gürcüstan Milli Bankı 12 dekabr ərəfəsində ölkənin bütün kommersiya banklarına İranla bağlı əməliyyatların yoxlanılmasını gücləndirmək tapşırıldığını bildirib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“ABŞ-ın İrana qarşı tammiqyaslı sanksiyaları kontekstində İran İslam Respublikasına və/və ya İran mənşəli mallara birbaşa/dolayısı ilə aidiyyəti olan bank əməliyyatları ABŞ tərəfindən tətbiq edilən beynəlxalq sanksiyaların pozulması kimi qiymətləndirilə bilər”, – mesajda deyilir.
Söhbət həm də İran ərazisindən yüklərin daşınması və/yaxud İranda qeydiyyatda olan nəqliyyat vasitələri ilə bağlı əməliyyatlardan gedir.
Hazırda tələbləri təfərrüatlı şəkildə müəyyən edən reqlament hazırlanıb ki, onlara riayət olunması beynəlxalq sanksiyaların tələblərinin pozulması risklərini əhəmiyyətli dərəcədə azaldacaq.