26 C
Baku
Saturday, July 27, 2024

Gürcüstan “Borjomi”ni dövlət müəssisəsinə çevirir

Gürcüstan hökuməti bir həftədən sonra “Borjomi” mineral su şirkətinin səhm paketinin həmsahiblərindən olacaq.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iyunun 6-da hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, bir həftədən sonra dövlət şirkətin sahiblərindən olacaq: “İqtisadiyyat Nazirliyi danışıqları demək olar ki, başa çatdırıb. Düz bir həftədən sonra hökumətin iclasında “Borjomi” səhmləri məsələsini gündəliyə çıxaracağıq. Dövlət “Borjomi”nin həmsahiblərindən olacaq”.

Hökumət başçısı mayın 31-dən şirkətin əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirdikləri tətilə münasibət bildirib: “Heç bir vətəndaşımız narazı qalmayacaq. Biz hamı ilə ədalətli davranacağıq. Bütün işlərlə lazımi qaydada qərar qəbul ediləcək”.

Qeyd edək ki, bu il aprelin 29-da “IDS Borjomi Georgia” maliyyə çətinliyi ilə əlaqədar Gürcüstanda fəaliyyətini dayandırdığını elan etmişdi. Onlar bunu Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatla əlaqələndirmişdi. Mayın 19-da isə səhmlərini əvəzsiz olaraq hökumətə verməyə hazır olduğunu bildirmişdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər